8 Sentyabr 2021 15:28
2 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevgeni Ziniçevin faciəli ölümündən sonra Rusiyanın Fövqəladə hallar naziri səlahiyyətlərinin icrasını müvəqqəti olaraq nazirin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan yerinə yetirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA-Novosti-yə situasiya ilə tanış olan mənbə bildirib.

“Ziniçevin həlak olmasından sonra Rusiya Fövqəladə Hallar nazirinin vəzifələri daxili xidmət general-polkovniki Aleksandr Petroviç Çupriyana həvalə ediləcək”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər