8 Sentyabr 2021 19:24
1 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari il iyunun 30-da keçirilmış hesabat konfransında artıq xitam verilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev deyib.

O bildirib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı, R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər