15 Sentyabr 2021 20:58
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə 103 il öncəki Türkiyə deyil. Azərbaycan 103 il əvvəlki Azərbaycan deyil.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin baş Ombudsmanı Şərif Malkoç Azərbaycanın Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı Səfirliyində keçirilən tədbirdə deyib:

"Bu gün Azərbaycan və Türkiyənin dostluğu sayəsində Türk və İslam dünyası irəliləyir. Necə irəliləyəcəyimiz bizim gücümüzdən asılıdır. Artıq yuxarılara doğru gedirik. Nə qədər sürətli gedəcəyik, bu bizim gücümüzdən asılıdır. Hörmətli prezidentimizin baş müşaviri olanda bir çox ölkəyə getmək imkanımız olmuşdu. Dünyada hüzursuzluq, müharibə vardı. Dünya yeni anlayış, yeni çıxış, yeni mədəniyyət gözləyir. Mərhəmətə, şəvqətə səbəb olacaq yeni anlayışa ehtiyac var. Bu anlayışı isə Azərbaycanda görürük. Bu toxumlar böyük ağac olacaq, eynilə Osmanlının, Səlcuqlunun var oluşu kimi. Bu toxumların bəhrə verməsi üçün çox göz yaşı, çox çalışmaq lazımdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər