Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Səhiyyə Nazirliyinin baş nefroloqu, Hemodializ şöbəsinin müdiri Fariz Babayev xəstəxananın direktoru təyin olunub.