24 Sentyabr 01:31

"Pandemiya bütün dünya üçün böyük problem olmaqda davam edir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxışı zamanı deyib.

"Əvvəldən dövlət əhalini qorumaq və pandemiyanın mənfi nəticələrini minimuma endirmək üçün addımlar atdı".

Prezident bildirib ki, Azərbaycanda peyvənd kampaniyasına başlayıb: "Pandemiya ilə bağlı vəziyyət nəzarətə götürülüb".

Dövlət başçısı Azərbaycanın pandemiya ilə mübarizədə göstərdiyi səylərin beynəlxalq səviyyədə tanındığını qeyd etdi.

"Pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ayırdıq və 30-dan çox ölkəyə humanitar yardım göndərdik", - Prezident deyib.


Müəllif: Teleqraf.com