Bu gün təşkilatımızın qurucu üzvlərindən olan Azərbaycan Respublikası 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətən övladlarını dərin ehtiram və minnətdarlıqla anır.
Teleqraf.com-un məlumatına göə, müzəffər Azərbaycan Ordusunun Prezident İlham Əliyevin rəhbərliyi ilə yazdığı möhtəşəm tarix, Azərbaycanın inkişafı və çiçəklənməsi, bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətli hadisə oldu.
Türk Akademiyası hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və ərazi bütövlüyünü dəstəkləmiş, 44 gün ərzində dinc əhaliyə edilən hücumları şiddətlə pisləmiş, Vətən Müharibəsində Azərbaycanın yanında olduğunu bəyan etmişdir. Müharibə dövründə Qarabağla bağlı xüsusi məlumatların, önəmli sənədlərin yer aldığı kitab hazırlayaraq çap etmiş və bu beynəlxalq təşkilat tərəfindən Qarabağla bağlı buraxılmış ilk kitab olmuşdur.
Bu vacib gündə Türk Akademiyası olaraq bütün Türk dünyası ilə birlikdə qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi dərin hörmət və ehtiramla anır, qazilərimizə Allahdan şəfa diləyirik!
Darxan Kıdırəli,
Beynəlxal Türk Akademiyasının Prezidenti