4 Oktyabr 2021 14:34
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyev Cəbrayıl rayonunda “KamAZ” markalı yük avtomobilləri üçün servis mərkəzinin təməlini qoyub.

Teleqraf.com xəbər verir ki, servis mərkəzini Rusiyaya məxsus “KamAZ” ASC ilə Azərbaycana məxsus “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi birgə yaradır.

Təməlqoyma mərasimi dövlət başçısının rayona səfəri çərçivəsində baş tutub.


Müəllif: Teleqraf.com