5 Oktyabr 2021 08:00
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində “Facebook”, “WhatsApp”, “Instagram”da yaranan problem aradan qaldırılıb.

Teleqraf.com xəbər verir ki, təxminən altı saatdan sonra sözügedən sosial şəbəkə platformaları işləməyə başlayıb.

“Facebook”un texniki xidmət şöbəsinin rəhbəri Mayk Şrepfer özünün tviter hesabında bildirib ki, problemin yüz faiz həll olunması üçün müəyyən vaxt lazımdır.

"Facebook” qurucusu Mark Zukerberq bir sıra ölkələrdə “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin işində yaranan problemə görə sosial şəbəkələrin istifadəçilərindən üzr istəyib.

Bu barədə o, özünün şəxsi feysbuk səhifəsində yazıb: “Bugünkü nasazlığa görə üzr istəyirəm. Yaxınlarınızla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm”.


Müəllif: Teleqraf.com