6 May 2014 13:47
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda təkfirçi qüvvələrin ifşa olunmasında daim dövlətçilik baxımından çıxışlar edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəylini vəhhabilər hədəfə alıb.

Etibarlı mənbədən Teleqraf.com-a daxil olan məlumata görə, bir müddət əvvəl təkfirçilərin dağıdıcı fikirlərinə qarşı mediada, televiziyada və Gürcüstanda vəhhabilərin də olduğu tədbirdə etdiyi çıxışlar qarşı qüvvələrin hiddətinə səbəb olub.

Mənbənin dediyinə görə, vəhhabilər Seyid Camal Əzimbəylinin “milli kimliyi olmayanların Suriyada gedib ölməsinin şəhidliyə heç bir aidiyyatı yoxdur” fikrini həzm edə bilmirlər. O da qeyd edilir ki, vəhhabilərin C.Əzimbəyliyə qarşı hansı addımlar atacağı hələ ki bilinmir.

Məsələ ilə bağlı açıqlama verən C.Əzimbəyli vəhhabilərin onu hədəfə almasından xəbərdar olduğunu deyib: “Hər kəsə məlumdur ki, mən Azərbaycanın bütövlüyü uğrunda, dövlətimizin qorunması yolunda əlimdən gələni etmişəm. Ölkəmizdə sabitlikdir və buna görə də heç nədən narahatlıq keçirmirəm. Allah mənə bəs edər! Peyğəmbərimiz (s.a.s) buyurub ki, Vətəni sevmək imandadndır. Hər bir imanlı ölkə vətəndaşı öz Vətəninin və dövlətinin uğrunda vuruşmağa, şəhid olmağa hazır olmalıdır”.

SAKİT


Müəllif: