13 Noyabr 2014 00:36
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 12-də cəbhə xəttində baş verənlərdən narahatlıq ifadə ediblər.

Teleqraf.com-un ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmsədrlər baş verənlərdən narahatlıqlarını bildirib, tərəfləri vəziyyəti gərginləşdirən addımlardan çəkinməyə çağırıblar: “Bölgə bu yay baş verən dəhşətləri bir daha yaşaya bilməz. Bu gün baş verənlər bizə Dağlıq Qarabağ münaqişəsinin necə həssas olduğunu xatırladır və münaqişənin həlli üçün səyləri artırmağa sövq edir. Biz tərəflərə mümkün dərəcədə yardım etmək mövqeyimizdə qalmağa davam edirik”.

Qeyd edək ki, bu gün Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi helikopter Azərbaycanın mövqelərinə hücuma cəhd edib. Azərbaycan hərbçiləri cavab atəşi ilə düşmən helikopterini məhv ediblər.


Müəllif: