15 Oktyabr 2021 08:58
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-i Füzuli rayonunun 1, Cəbrayıl rayonunun 1, Xocavənd rayonunun 4 kəndinin işğaldan azad olunmasından 1 il ötür.

Teleqraf.com 15 oktyabr 2020-ci il İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

15 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində paylaşım edib: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Həmin gün Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığa ağır artilleriyadan intensiv atəş açması nəticəsində 4 mülki şəxs həlak olub, 4 nəfər isə ağır yaralanıb.


Müəllif: Yeganə Oqtayqızı