6 May 2014 13:55
2 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdəki nidaçılara hökm oxundu. Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılara hökm oxunub.

Rəşad Həsənov - 7.6 il.
Zaur Qurbanlı - 8 il.
Üzeyir Məmmədli - 7 il.
Rəşadət Axundov - 8 il.
İlkin Rüstəmzadə - 8 il.
Bəxtiyar Quliyev - 7 il.
Məmməd Əzizov - 7.6 il.
Şahin Novruzlu - 6 il.

Hazırda polis gənclərin yaxınlarını məhkəmə binası qarşısından uzaqlaşdırır. Ərazidə hər hansı xoşagəlməz olayın baş verməməsi üçün məhkəməyə əlavə polis qüvvələri gətirilib.

Buna baxmayaraq polislə gənclər arasında qarşıdurma yaranıb. 6-7 nəfər saxlanılıb. Qarşıdurma davam edir. Ətrafdakı binaların şüşələri sındırılıb.

Aksiyaçılar üzü Nizami küçəsinə tərəf axışır. Polis bir neçə nəfəri saxlayıb. Onların arasında media nümayəndələri də var. "Yeni Müsavat", "Dəyərlər" və "Turan" agentliyinin müxbirləri fiziki zorakılığa məruz qalıblar.

Məhkəmə qarşısındakı adamların dağıdılmasında polislərə mülkigeyimli şəxslər də yardım edir.

Polis məhkəmə binası ətrafından adamları uzaqlaşdırır. Aksiyaçılar üzü Nizami küçəsinə tərəf axışır. Polis bir neçə nəfəri saxlayıb. Onların arasında media nümayəndələri də var.

Məhkəmə qərarından sonra fəalları dəstəkləyən onlarla gənc "azadet" şüarları səsləndirməyə başlayıb.

Ağır Cinayətlərə Dar İşlər üzrə Məhkəmənin qarşısında təcili yardım maşını var. Polis binanı əhatəyə alıb. Yaxınlıqdakı Nizami kinoteatrının qarşısına çoxlu sayda polis toplaşıb. Burdakı adamlardan ərazini boşaltmaq tələb olunur. Polis media nümayəndələrinin çəkilişlərinə də maneçilik törədir. Saxlananları aparanda ətrafdakılar «Azadlıq» şüarları səsləndirir.

***

8 NİDA-çı ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.


Vəkillərinin söylədiyinə görə, həbsdəki 8 NİDA-çı ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar. Aprelin 20-də onların valideynləri də övladlarının buraxılması üçün aclıq elan etmişdilər. Ancaq övladlarının «siz dayandırmasanız, biz quru aclığa başlayırıq» mesajından sonra valideynlər aprelin 24-də aclığı müvəqqəti dayandırdıqlarını bildiriblər.


YAP icra katibinin müavini Mübariz Qurbanlı valideynlərin və 8 NİDA-çının aclıq aksiyalarını məhkəməyə təzyiq adlandırıb.


Penitensiar Xidmət təcridxanada aclıq aksiyası saxlanmasını yalanlayıb.


Dövlət ittihamçısı məhkəmədə NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib. Onlar elə həmin gündən aclıq aksiyası elan ediblər.

Hacı


Müəllif: