14 Oktyabr 2021 12:15
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Minskdə əyani formatda keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

XİN rəhbərlərinin beynəlxalq gündəliyin və Birlik formatında əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Müxtəlif fəaliyyət istiqamətləri üzrə daha əvvəl razılaşdırılmış bir neçə sənəd nümayəndə heyəti rəhbərlərinin diqqətinə çatdırılacaq. Bura, MDB Xarici İşlər Nazirləri Şurası üzvlərinin "Bioloji və toksin silahların qadağan olunması haqqında" Konvensiyanın möhkəmləndirilməsinə dair birgə Bəyanat, 2022-ci ildə Birlik çərçivəsində XİN-lər arasında çoxsəviyyəli məsləhətləşmələrin keçirilməsi Planı, "Terrorizm və ekstremizmin digər formada təzahürləri ilə mübarizə probleminin öyrənilməsi üzrə baza təşkilatının yaradılması haqqında" Qərar, MDB çərçivəsində imzalanan beynəlxalq müqavilə layihələrinin hazırlanması üzrə metoriki tövsiyələr və s. sənədlər daxildir.


Müəllif: Teleqraf.com