14 Oktyabr 23:27
487

Xəbər verdiyimiz kimi, bu gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Teleqraf.com xəbər verir ki, şəhidimiz Goranboy rayonunun Borsunlu kəndindəndir.

2002-ci il təvəllüdlü Əfqan evin tək oğlu olub və bir il idi hərbi xidmətdə imiş.

O, sabah doğulduğu kənddə torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com