15 Oktyabr 2021 13:00
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstə üzvlərinə xəbərdarlıq edib.

Nazirlikdən Teleqraf.com-a daxil olan xəbərdarlıqda deyilir:

"Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır".


Müəllif: Teleqraf.com