16 Oktyabr 2021 12:11
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri susuz qoymuşdu.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Suqovuşan və Talış kəndlərinə səfərlə bağlı "Twitter" səhifəsindəki paylaşımında deyib.

H.Hacıyev qeyd edib: "Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusun nümayəndələri ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 2020-ci il noyabrın 10-dan etibarən 7-ci dəfə səfər edirik. Bu dəfə səfər Suqovuşan və Talış kəndlərinə olacaq. Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi".


Müəllif: Teleqraf.com