16 Oktyabr 2021 19:57
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina gələn həftə Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Tviter səhifəsində məlumat paylaşıb.

“Gələn həftə Qafqaza ilk səfərimə hazırlaşıram. Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək məqsədilə Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcəyəm”, - ispaniyalı diplomat yazıb.


Müəllif: Teleqraf.com