17 Oktyabr 15:55
406

“Ermənistan müharibənin başladığı ilk günlərdən qeyri-qanuni üsullarla qadağan olunmuş silahlardan istifadə edərək döyüş bölgəsindən uzaqda yerləşən yaşayış massivlərini, bir sıra şəhərləri, xüsusən Gəncəni bombardman edib. Oktyabrın 4-dən başlayaraq 17-ə qədər 5 dəfə terror aktları törədilib. Bu terror aktları nəticəsində heç bir günahı olmayan onlarla mülki şəxs, 100-dən çox insan xəsarət aldı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.

“Bu qanlı hadisələrə, terror aktlarına baxmayarq Azərbaycan xalqının iradəsi sınmadı, həmin hadisələr gəncəliləri sındıra bilmədi. Əksinə, əhali Azərbaycan Ordusundan növbəti döyüş qələbələri gözləyirdi. Azərbaycan Ordusu həm gəncəlilərin, həm də həlak olmuş digər mülki şəxslərin qisasını Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmaqla aldı. Azərbaycan Ordusu bununla tamamilə fərqli döyüş əxlaqı, hərbi mənəviyyat nümayiş etdirirdi”, - deyə Əli Hüseynli vurğulayıb.


Müəllif: Teleqraf.com