18 Oktyabr 2021 08:58
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - 18 oktyabr 2020-ci il tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldıldı.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

Ötən ilin bu günü Prezident İlham Əliyev xalqımıza daha bir qələbə müjdəsi verir. Prezident rəsmi "Twitter" səhifəsində paylaşım edir: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

Saat 7 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutur. Azərbaycan Ordusu tərəfindən ötən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 zenit-raket kompleksinin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdı.

Ermənistan silahlı qüvvələri saat 07:00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərir. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, saat 00:05-dən 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.

Saat 12 radələrində Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilir. Saat 12:30 radələrində cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edir. Saat 14 radələrində Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

Saat 13:00 radələrində Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilir.

Ermənistan silahlı qüvvələri tərəfindən Xızı rayonuna raket atılsa da, raket Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilir. Azərbaycan Ordusu işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərinə Azərbaycan bayrağı sancılır. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan Silahlı Qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətinə düşür.


Müəllif: Yeganə Oqtayqızı