18 Oktyabr 18:58
274

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1245 nəfər yoluxub, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 503 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 812 nəfər müalicə olunaraq sağalıb, 6 778 nəfər vəfat edib, aktiv xəstə sayı 17862 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 153, ötən müddət ərzində isə ümumilikdə 5 032 555 test aparılıb.


Müəllif: Teleqraf.com