19 Oktyabr 2021 17:33
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Baş nazir Əli Əsədovu müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:

"Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova ölkəmizin müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda İ.Qaribaşvili Gürcüstanın iki ölkə arasında əsrlər boyu formalaşmış dostluq əlaqələrinə və strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.

Vurğulanıb ki, Gürcüstan hər iki ölkənin və regionun rifahı naminə Azərbaycan ilə mövcud yüksək səviyyəli strateji tərəfdaşlığı və dostluq münasibətlərini daha da dərinləşdirməyə və inkişaf etdirməyə hazırdır".


Müəllif: Teleqraf.com