13 Noyabr 2014 14:47
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İradəsinin sədri Allahşükür Paşazadə Bakıda ikigünlük rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşüb.

QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə şeyx qeyd edib ki, tarixi və dini tellərlə bağlı olan Azərbaycan və İranın hərtərəfli, o cümlədən, dini sahədə əməkdaşlığı sülh və əmin-amanlığa, dövlətlərimizin inkişafı və xalqlarımızın rifahına xidmət etməkdədir.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüş zamanı Azərbaycan və İran xalqları üçün qarşılıqlı maraq kəsb edən bəzi məsələlər müzakirə edilib.

Görüşdə QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad və başqaları iştirak ediblər.

Qeyd edək ki, bu gün İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatıb və ali qonaq ölkəsinə geri qayıdıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər