21 Oktyabr 2021 12:43
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə 65 yaşından yuxarı və risk qrupundakı vətəndaşlar üçün qrip peyvəndi təyin etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir qeyd edib ki, ehtiyat vaksinlər olduğundan qrip peyvəndi təyin olunmağa davam ediləcək: "Bu il dünyada qripin artması tendensiyası olsa da, ölkəmizdə hələ ki, müşahidə olunmayıb. Lakin digər respirator viruslar da geniş şəkildə müşahidə olunmağa başlayıb. Bu onu göstərir ki, biz maska və məsafə qaydalarına raiyət etməkdə bu il keçən ilə nisbətən daha ləngik və bundan uzaqlaşırıq. Ehtiyat tədbiri bizi qripə qarşı da qoruyur”.

Fəxrəddin Qoca üz-üzə təhsillə bağlı açıq mesajlar verib: “Məktəblər heç vaxt bağlanmayacaq. Gündəmimizdə olmayacaq. Bu məsələni gündəmdə saxlamağın heç bir faydası və mənası yoxdur. Övladlarımızı qoruyaraq və tədbirlərə riayət edərək təhsilin hər mərhələsində üz-üzə təhsilə davam edəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı