Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) Artvindən olan millət vəkili Uğur Bayraktutan Azərbaycan torpaqlarında Ermənistan helikopterinin vurulmasına münasibət bildirib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, o, CHP-nin hər bir zaman Azərbaycanın yanında oldugunu deyib. Türkiyə Böyük Millət Məclisində çıxış edən Bayraktutanın sözlərinə görə, vertolyotun vurulması sərhəd pozuntusundan irəli gəlir.
O, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərin Ermənistan tərəfindən davam etdirildiyini də qeyd edib.
Samir