26 Oktyabr 2021 08:51
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - oktyabrın 26-sı Cəbrayıl rayonunun Çələbilər kəndinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

ABŞ Dövlət Departamenti məlumat yayaraq Qarabağda humanitar atəşkəs elan olunduğunu bəyan edir. Humanitar atəşkəs Bakı vaxtı ilə saat 08:00-da başlayır.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu elan edilmiş atəşkəs rejimini kobudcasına pozaraq Laçın rayonunun Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun mövqelərini artileriya atəşinə tutur. Üstəlik Tərtər şəhəri və onun kəndləri artileriya atəşinə tutulur.


Müəllif: Yeganə Oqtayqızı