26 Oktyabr 2021 00:12
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı alimlər ölkədə “donovanoz” adlı cinsi yolla keçən xəstəliyin sürətlə yayıldığını açıqlayıb.

Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, cinsi yolla keçən bu xəstəlik keçmişdə çox nadir görülsə də, son illər İngiltərədə yayılmağa başlayıb.

Mütəxəssislər “qırmızı və ətli” xoralara səbəb olan və cinsiyyət orqanının toxumalarına zərər verən xəstəliyin 2016-cı ildən artdığı barədə xəbərdarlıq ediblər.

Professor Şri Datta bildirib ki, əvvəllər bu xəstəlik Hindistan, Braziliya və ya Yeni Qvineyada daha çox yayılıb: “Donovanoz” epidemiyası digər cinsi yolla keçən xəstəliklərə nisbətən daha nadir görülür. Ancaq insanların sağlamlığı üçün təhlükə yaratma ehtimalı da çoxdur. Ümumiyyətlə, tropik bölgələrdə görülən bu xəstəliyə nəzarət edilməzsə, infeksiyanın zərər verdiyi bölgələrdə HİV virusunun əmələ gəlmə ehtimalı böyükdür”.

"Ət yeyən virus" adlanan “donovanoz” əslində ət yemir, ancaq dərinin görünüşünü təhrif edərək qırmızı və şişkin görünməsinə səbəb olur.


Müəllif: Yeganə Oqtayqızı