25 Oktyabr 2021 18:26
2 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin üzvü, millət vəkili Cavanşir Paşazadənin şəxsi "Facebook" hesabında yazdığı statusdakı qrammatik səhvlər sosial şəbəkə istifadəçilərinin məzəmmətinə səbəb olub.

Deputat Özbəkistanda keçirilən prezident seçkisində müşahidəçi qismində iştirak edib və paylaşımı da bu mövzuda olub.

Cavanşir Paşazadənin köməkçisi Sulduz Ağayev Rupor.az-a bildirib ki, o statusu Cavanşir müəllimin sürücüsü Camal yazıb: "Hörmətli deputatımız fikrini dedi, o da telefonda müəllimin səhifəsinə yazdı. Burada nə deputatın, nə də köməkçinin rolu var. Sürücü də tələskənliyindən belə texniki xətalara yol verib. Bu yanlışlığına görə sürücü işdən çıxarılıb. Belə səhvlər hamıda ola bilər, şişirtməyə ehtiyac yoxdur. Şəxsiyyət bir vergüllə ölçülmür".



Müəllif: Teleqraf.com