28 Oktyabr 2021 16:06
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, növbəti videoçarxda Ağdama səfər etmiş rayon sakini, II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova olub.

Səfər barədə fikirlərini bölüşən gənc xanəndə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində ata-baba torpaqlarımızın azad olunmasından, möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, qələbə duyğularını bölüşüb:

“Prezidentimiz sağ olsun. Onun siyasəti və əzəmətli gücü sayəsində doğma torpaqlarımızdayıq. Kəndimizi, elimizi, obamızı ziyarət etdik. Qürurluyuq, amma bu sevinc hisslərimizlə yanaşı şəhidlərimizin acısı hər zaman bizimlədir”.


Müəllif: Teleqraf.com