14 Noyabr 2014 12:34
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana məxsus hərbi helikopterin vurulduğu ərazidəki son vəziyyəti açıqlayıb.


Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunda vurulmuş, Ermənistana məxsus hərbi helikopterin düşdüyü ərazidə hazırda vəziyyət normaldır, sakitlikdir.


Müdafiə Nazirliyi bəyan edir ki, erməni tərəfinin iddia etdiyi kimi, heç də helikopterin düşdüyü yerdə intensiv atışma getmir.


Helikopterin qalıqlarının və həlak olduğu ehtimal edilən erməni hərbçilərinin meyitlərinin ərazidən çıxarılması əməliyyatlarına gəlincə, bununla bağlı məlumat verilməyib.


Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.


Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.


Müəllif:

Oxşar xəbərlər