4 Noyabr 2021 00:40
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - noyabrın 4-ü Cəbrayıl rayonunun iki, Zəngilan rayonunun iki, Qubadlı rayonunun üç kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

Ötən ilin bu günü – 4 noyabr Prezident İlham Əliyev özünün “Tvitter” səhifəsində paylaşım edir: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Azərbaycan Müdafiə Nazirliyi cəbhənin cənub və cənub-şərq hissələrində - Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edən döyüşlər barədə məlumat verir. Erməni tərəfi də öz növbəsində Şuşa, daha sonra Laçın yaxınlığındakı döyüşlər barədə məlumat verir. Qonadarma Dağlıq Qarabağ rəhbərliyi bu istiqamətdə gedən döyüşlərin intensivliyi səbəbindən Ermənistandan Qarabağa gedən Şuşa-Laçın yolunun mülki vətəndaşlar üçün müvəqqəti bağlandığını elan edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər