“Qısa bir dövr ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nadir və aparıcı təsisatlardan birinə çevrilə bildi. Qlobal Bakı Forumu gündəlikdə olan təxirəsalınmaz məsələlərin müzakirəsinə imkan yaradacaq”.
Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.