BMT Təhlükəsizlik Şurası dəyişilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Binali Yıldırım “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.
O bildirib ki, BMT dünyada olan münaqişlərin həllini tapa bilmir:
“Bu gün BMT-nin çıxarıldığı qətnamələr də icra edilmir. Bu, BMT-yə olan inamı azaldır. Bu gün dünya İkinci Dünya Müharibəsindən sonrakı dünyaya bənzəmir. Biz artıq yeni oyunçuların meydana çıxmasını dərk edirik”.
Onun sözlərinə əsasən, dünyada güclərin təması ilə ədalətli dünya nizamını formalaşdırmaq olar.