Yeni dünya nizamı ədalətə söykənməlidir.
Teleqraf.com xəbər verir ki,, bunu xarici işlər naziri Ceyhun Bayramov “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu" deyib.
O bildirib ki, BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamələr icra edilmir:
“Xatırlatmaq yerinə düşər ki, Ermənistanla Azərbaycan arasında yaranmış münaqişə nəticəsində torpaqlarımız 30 il ərzində işğal altında saxlanılıb. BMT Təhlükəsizlik Şurası tərəfindən ərazilərimizin qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edilmişdi. Ancaq bu icra edilmədir. BMT-nin öz qətnamələrini icra edilməməsi quruma etimadın azalmasına gətirib çıxarıb".