Avropa İttifaqının üzv ölkələrinin arasında ədalətsizlik mövcuddur. Taleyüklü məsələlərin həllində məhz balaca Aİ ölkələri səslərini çıxarmalıdırlar.
Teleqraf.com xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.
Onun sözlərinə görə, Sovet İttifaqı dağılandan sonra bir sıra ölkələr Avropa İttifaqına daxil olub: "Həmin ölkələr bir sıra təzyiqlərlə üzləşdilər. Lakin bu ölkələrdə demokratikləşmə yarandı".
Latviyanın sabiq prezidenti qeyd edib ki, BMT təşkilatı yenidən qurulmalıdır:
"BMT üzv dövlətlərin çağırışına cavab verməlidir. BMT dünyanı nizmalayan qaydaları qəbul edir. 2011-dən bəri gündəmdə qalan məsələlər yerinə yetirilməyib. Elə bir sistem qurulmalıdır ki, dünyanın bunun ətrafında necə çalışa bilməsi müəyyən edilməlidir. Bu vəzifəni BMT-nin Baş Assambleyası yerinə yetirə bilər. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının rolu danılmazdır, lakin praktiki səviyyədə işi sual altında qalır. Vaskinləşmə dünyada ədalətli paylanmır".