4 Noyabr 2021 16:56
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dünya iqtisadiyyatına dərin kök salıb, mənfi fəsadlar törədib. İtkilər yalnız rəqəmlərlə ifadə olunmur. Dünyada 52 milyon tələbə neqativ təsirlərdən əziyyət çəkib. Hökumətlər çoxsaylıqapanmalara getdi və bunun fəsadlarını görürük.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.

O bildirib ki, dünya pandemiya dövrünün ortasındadır: "Lakin biz enişli-yoxuşlu günlər keçiririk. Bu cür tendensiya davam etsə, 5 milyon insan ölə bilər. Biz birlikdə səylərimizi səfərbər etməklə pandemiyanın öhdəsindən gələ bilərik.

Pandemiyadan mənfi fəsadlarla ötüşməyəcək. Bu gün 70-80 faiz vaksinləşmə yalnız inkişaf etmiş ölkələrdədir. Lakin elə ölkələr var ki, orada heç 10 faiz əhali vaksin olunmayıb".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər