Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda Nizami Mərkəzi nəzdində VIII Qlobal Bakı Forumunun açılışı baş tutub. Açılış mərasimində bu gün dünyada baş verən proseslərin ən mühüm, bütün beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlər ətrafında müxtəlif fikir müzakirələri aparılıb.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu" haqqında danışarkən deyib.
O bildirib ki, ənənəyə çevrilmiş Qlobal Bakı Forumu dünya ictimaiyyətinin ən mühüm, hamını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparması üçün platformaya çevrilib:
"Bu platformada hamını maraqlandıran COVID-dən sonrakı dünya necə olacağı, siyasi iqtisadi proseslər necə baş verəcəyi kimi suallar ətrafında fikir mübadiləsi aparılacaq, dünya ictimaiyyəti nümayəndələrinin iştirakı ilə müzakirələr keçiriləcək. Burada bir çox məsələlər var.
Təbii ki, COVID pandemiyası başa çatmayıb, proses hələ də gedir. Amma post-pandemiya dövründə nə baş verəcəyinə dair suallar var. Ümid edirəm ki, forum maraqlı keçəcək".