COVID-19 enerjiyə əlçatanlığı azaldıb. İqlim dəyişmələri isə bu məsələni daha da ağırlaşdırıb və acınacaqlı vəziyyət yaranıb.
Teleqrag.com xəbər verir ki, bunu Enerji proqramları Bürosunun idarəçilik və şəffaflıq ofisinin rəhbəri Meri Varlik “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.
Onun sözlərinə görə, dünyanın indiki mənzərəsi nəzərdən keçirilsə burada vəziyyətin ürəkaçan olmadığı görünər:
"Dünyada vəziyyət çox da nikbin görünmür. Enerji istehsalı zamanı istixana qazları sıfırlanmalıdır. Hindistan kimi ölkələrdə bu, vacib ssenaridir. 2050-ci ilə qədər ABŞ, Avropa İttifaqı və dünyanın qalan yerlərində istixana qazları 50 faizə qədər azalmalıdır".