5 Noyabr 2021 11:29
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlim dəyişiklikləri qapımızı döyür. Biz artıq digər enerji ehtiyatlarından da səmərəli istifadə etməliyik.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, enerjiyə ehtiyac təkcə bu gün yaranmır: "Eyni zamanda gələcək üçün də düşünməliyik. Dayanaqlı inkişaf məqsədlərini izləməliyik. Ona nail olmaqla dayanaqlı müasir enerji mənbələrinə əlçatanlığı təmin edəcəyik".

Robert Sekuta qeyd edib ki, 800 milyon əhali dünyada elektrik enerjisi ilə təmin olunmayıb: "3 milyard insan isə çox yaxşı qida təhlükəsizliyinə çıxış əldə etməyib. Əlbəttə, insan nə qədər yaxşı qida ilə təmin olunursa, bu onun sağlamlığına müsbət təsir edir".

Robert Sekuta yenilənən enerji mənbələrinin günbəgün artdığını diqqətə çatdırıb: "Düşünürəm ki, gələcəkdə daha sərfəli olan hidrogen enerjisindən daha çox faydalanacağıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər