COVID-19 pandemiyası dünyanın reallığını, problemlərini üzə çıxardı.
Teleqraf.com xəbər verir ki, bunu Sloveniyanın sabiq prezidenti Danilo Türk “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.
Onun sözlərinə görə, dünya gələcək üçün pandemiyanın nəticələrindən dərs çıxarmalıdır: "Hazırlanacaq strategiyada pandemiyanın nəticələri əks olunmalıdır. Afrika İttifaqı səhiyyə xidmətləri sektorunda o qədər də güclü deyil.
Afrika ittifaqı timsalında bu səpkidə ilk atılan addımlar səmərəli idi. Lakin təzyiq artdıqca, Mərkəzi Afrika üstünlüklərdən faydalana bilmədi, zəif mövqedən çıxış etdi. Düşünürəm ki, artıq Afrika qitəsindəki ölkələrə daha çox vaksinlər paylanmalıdır".
O qeyd edib ki, vaksinlərin ədalətsiz paylanmasının qarşısını almaq lazımdır: "Qlobal platforma üzərində səylərimizi toplamalıyıq. Özümüzə həmişə xatırlatmalıyıq ki, yüksək səhiyyə standarları ilk növbədə insan hüquqlarını təsvir edir. Hər bir fərd fiziki və əqli sağlamlıq hüququna malikdir. Biz səhiyyə xidmətlərini əlçatan etməliyik. 100-dən çox ölkə COVAX müqaviləsinə qoşulub. Biz qlobal sistem yaratmalıyıq ki, onun vasitəsilə yaranan qlobal vəziyyət öz həllini tapsın".