5 Noyabr 2021 13:24
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Teleqraf.com-un xəbərinə görə, müzakirələrdən sonra qərar layihəsi qəbul edilib.

Müzakirə zamanı deputat Fazil Mustafa bildirib ki, bu amnistiya aktı ağır cinayət törədənlərə şamil edilməyəcək:

"Ancaq bizə müraciət edən şəhid ailələri və müharibə iştirakçıları var ki, onların yaxınları məhz ağır cinayətlər səbəbindən həbs edilib".

Deputat layihəni təqdim edən Əli Hüseynliyə sual ünvanlayıb: “Amnistiya aktının əhatəsinə düşməyən və mən dediyim qəbildən olan şəxslərin siyahısını tutaraq gələcəkdə onları əfv siyahılarına yönəltmək olarmı? İş görürüksə, bura düşməyənlərlə bağlı da məsələyə aydınlaşdırma gətirək. Həm də bizə müraciət edən insanlara cavab verək”.

Deputat Kamal Cəfərov deyib ki, korrupsiya, səlahiyyətlərdən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və rüşvət vermə kimi cinayətlər Amnistiya aktının əhatəsinə düşməyəcək.

Komitə sədri bildirib ki, Fazil Mustafanın qaldırdığı məsələ ağır və az-ağır cinayətlərlə bağlıdır ki, bu da Amnistiya aktının əhatəsinə düşmür. Bu düzgün qərardır. Amma qeyd etdiyiniz məsələlərin həlli elə dediyiniz formada həll oluna bilər. Şəhid ailələrin və qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Həmin şəxslərin yaxınları Əfv Komissiyasında təmsil olunan bizim deputatlara müraciət edə bilərlər.

Sual-cavab bölümündən sonra Amnstiya aktı səsverməyə çıxarılıb və qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər