Kənd təsərrüfatı çox xərc tələb edən sektordur.
Teleqraf.com xəbər verir ki, bunu Dünya bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.
Onun sözlərinə görə, xüsusilə də Afrika qitəsində məhsul biçimdən sonra itkilərə məruz qalır: "Burada saxlama yeri olmadığı üçün də məhsul 35 faiz itkiyə gedir. Afrika zəngin qitədir. Lakin məhsul biçimi və son istehlak tarixi arasında 30 faiz itkiyə məruz qalır. ABŞ və digər inkişaf etmiş ölkələrə qidalar israf dərəcədə çatdırırlır. Bu isə yoxsul əhaliyə əlçatan deyil. İnsanlar qidanı dükandan aldıqda məhsulun istifadə tarixi keçibsə, onu atırlar. Bu qədər tullantılar istehsal olunan qida məhsullarıdır. Biz onları əvəzləmədən atırıq. Hesab edirəm ki, bu praktikanı dəyişdirməliyik.
Biz əhali ilə ünsiyyət yaratmalıyıq, bu mövzuda debatlar təşkil etməliyik".