Hamı bilir ki, pandemiyanın öhdəsindən gəlmək üçün bəzi çatışmazlıqlarımız var.
Bunu Teleqraf.com-a açıqlamasında dünya bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin deyib.
O bildirib ki, COVID-19 dünyada bəzi qlobal çatışmazlıqları üzə çıxardı: "Ümid edirem ki, pandemiyadan dərs çıxarıb, çatışmazlıqları aradan qaldıracağıq. Bizim daha ehtiyatlı olmağa ehtiyacımız var, bir-birimize dəstək olmalıyıq. İlk olaraq koronavirusun qarşısını almağa çalışmalı, bağlanma tədbirlərinin olmaması üçün birlik olmalıyıq. Qərarlar qəbul etməzdən əvvəl iqtisadi vəziyyəti nəzərə almalıyıq".