Azərbaycanın əzəli torpaqları işğalda idi. Lakin artıq vəziyyət tamamilə dəyişib. Azərbaycan uğurlu əməliyyatlar nəticəsində Ermənistanı sülhə məcbur etdi.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan səylər heç bir nəticə vermədi: "Bu gün Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bu, artıq xarici siyasət mövzusu deyil. Biz indi daha geniş regiona, Cənubi Qafqaza nəzarət edirik. Azərbaycanla Ermənistan arasında birbaşa yol yoxdur.
Biz Zəngəzur dəhlizinin açılması üçün çalışırıq. Bu da Naxçıvanla Azərbaycan arasında gediş-gəlişi təmin edəcək".
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasına maraqlıdır: "Biz Cənubi Qafqazda gözlənilən hadisələrdən ibarət region görmək istəyirik. Gürcüstanla da bu sahədə çalışırıq. Ermənistan da bu prosesə qatıla və yalnız faydalarını görə bilər. Mən işğaldan azad olunmuş ərazilərdə dağıntıları gözləyirdim, amma bu dərəcə yox. Gəlin Cənubi Qafqaz regionunu tamamilə dəyişdirək, bir mövqedən çıxış edək. Hamı bundan faydalana bilər".