8 Noyabr 2021 17:22
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Parlamenti Senatının sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubda Senatın sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibətilə Pakistan xalqı, Senatı və şəxsən öz adından səmimi təbriklərini çatdırıb.

Bildirib ki, Pakistan İslam Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq aparılan Vətənmü haribəsindən əvvəldə, müharibə dövründə də Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarının bərpa olunması sevindirici haldır.

Senatın sədri Azərbaycanın məcburi köçkünlərinin tezliklə doğma torpaqlarına qayıtmasının təminediləcəyinə və işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq və bərpa işlərinin başa çatacağına əminliyini bildirib.

Məhəmməd Sancrani beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq Ermənistanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etməsini təmin etmək üçün bütün addımları atacağına inamınıi fadə edib.

Senatın sədri Pakistan İslam Respublikası parlamentinin, hökumətinin və xalqının bundan sonra da Azərbaycanın haqq işini dəstəkləyəcəyini diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər