Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, paylaşımda deyilir:
“Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü anım günündə ehtiramla yad edirik".
Nazir həmçinin Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Atatürklə bağlı sitatını da qeyd edib: "Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir".