14 Noyabr 2014 18:30
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın “States Times” qəzetində “Ermənistan helikopteri işğal olunmuş Azərbaycan ərazisində Azərbaycan ordusu tərəfindən vurulub” başlıqlı məqalə dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, yazıda Pakistanın sabiq xarici işlər üzrə katibi, senator Əkrəm Zəki Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz təlimlər keçirdiyini və uçuşlar üçün qadağan olan hava məkanını pozduğunu bildirib. O, qeyd edib ki, Ermənistan hava qüvvələrinin helikopteri Azərbaycanın hava məkanını pozub və Azərbaycan əsgərlərinin həyatına təhlükə törədib.

Məqalədə Pakistan ordusunun ehtiyatda olan generalı Amcad Şoheybə istinad edilərək qeyd olunub ki, Ermənistanın Mi-24 döyüş helikopteri Azərbaycanın ərazisində düşmüş və bu da Ermənistanın Azərbaycanın hava məkanının pozmasının bariz sübutudur. Bildirilib ki, bəzi media mənsubları tərəfindən Azərbaycanın ittiham edilməsi əsassizdir və təəccüb doğurur.

Məqalədə, eyni zamanda, münaqişə haqqında da məlumat verilərək, Ermənistan ordusu tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğu və işğal nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətrafinda olan 7 rayonun hələ də işğalçılar tərəfindən azad edilmədiyi vurğulanıb.

Səxavət


Müəllif: