Uşaqlarla bağlı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi onlara göstərilən diqqət və qayğının nümunəsidir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika forumunda çıxışı zamanı Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva deyib.
O bildirib ki, uşaqlar üçün keyfiyyətli həyatın təmin olunmasında vacib məsələlərdən biri uşaq hüquqları barəsində genişmiqyaslı işlərin aparılmasıdır: "İqlim dəyişikliyi, təhsil, psixlogiya, sağlamqlıdan tutmuş bir sıra məsələlərdə uşaqlar öz səslərini ucaldır.
Uşaq hüquqlarınln qlobal problem olması pandemiyada bir daha öz əskini tapdı. Uşaqların təhsil və səhiyyəyə çıxış imkanlarının azalması bu istiqamətlərdə çatışmazlıqlar olduğunu göstərdi."