30 Noyabr 2021 16:12
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə və müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Teleqraf.com xəbər verir ki, türkiyəli nazir telefon danışığı zamanı general-polkovnik Elçin Quliyevə və general-polkovnik Zakir Həsənova başsağlığı verib.

Akar Qaraheybətdə həlak olan hərbçilərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com