30 Noyabr 2021 16:56
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop qəzaya uğrayan hərbi helikopterdə şəhid olanlarla bağlı Azərbaycana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

Şəntop sosial şəbəkə hesabında yayımladığı başsağlığı mesajında qeyd edib:

“Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allah-təaladan rəhmət, yaralananlara isə şəfalar diləyirəm. Azərbaycan xalqına başsağlığı verirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər