30 Noyabr 2021 23:13
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, Prezident Administrasiyasının rəsmisi bununla bağlı özünün tviterdəki hesabında yazıb.

“Can Azərbaycanda bu gün hərbi helikopter qəzasında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, - İsmail Demir sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Can Azerbaycan’da bugün yaşanan elim askeri helikopter kazasında şehit olan kardeşlerimize Allah’tan rahmet, yaralılarımıza acil şifalar diliyorum.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər